Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan diasporu: Kiyevdə vəziyyət təhlükəlidir, atışma səsləri gəlir

Azərbaycan diasporu: Kiyevdə vəziyyət təhlükəlidir, atışma səsləri gəlir


4-03-2022, 18:33. Yazar: Admin

Azərbaycan diasporu: Kiyevdə vəziyyət təhlükəlidir, atışma səsləri gəlir

“Hazırda Kiyevdə vəziyyət çox çətindir. Atışma səsləri gəlir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan diasporunun tanınmış nümayəndəsi Eldar Tağıyev Diaspor TV-yə müsahibəsində deyib.

“Qaldığımız ərazi çox təhlükəlidir. Biz dəmiryolu vağzalının yaxınlığındayıq. Buradan çıxmaq ehtimalımız çox çətinləşir”, - o bildirib.

Eldar Tağıyev qeyd edib ki, səhər Kiyevdən qatarla təxliyə mümkün ola bilər, lakin həyəcan siqnalı verildiyi üçün şəhərdən çıxış imkanı yoxdur.

Onun sözlərinə görə, hazırda Kiyevdə vəziyyət çox təhlükəlidir.


Geri dön