Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edib.
Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda barama subsidiyasının məbləği hər kiloqramına görə 5 manatdan 6 manata qaldırılıb.