Prezident Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında hərbi əməliyyatların gedişini müzakirə edib, onun hədəflərinin sona qədər yerinə yetiriləcəyini söyləyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Lukaşenko Rusiyanın addımlarına dəstək ifadə edib, tərəflər Rusiya-Ukrayna danışıqlarını da müzakirə edib”, - deyə açıqlamada deyilib.