Ana Sayfa > Karusel / Mədəniyyət > “Azərbaycanfilm” kinostudiyasının direktoru işdən çıxıb, yeni direktor təyin olunub

“Azərbaycanfilm” kinostudiyasının direktoru işdən çıxıb, yeni direktor təyin olunub


4-03-2022, 15:36. Yazar: Admin

Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin edilib

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.

Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.

F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.

Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.

Həmçinin mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor təyin olunub. Bu vəzifəyə Nazim Abbasov təyinat alıb.


Geri dön