Ana Sayfa > Karusel / Siyasət > Lukaşenko bu gün Putinlə 2 saat danışıb

Lukaşenko bu gün Putinlə 2 saat danışıb


4-03-2022, 14:28. Yazar: Admin

Lukaşenko bu gün Putinlə 2 saat danışıb

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə 2 saat telefonla danışdığını bildirib.

O, Rusiya Prezidenti ilə Ukrayna müharibəsini və sanksiyaları müzakirə edib.O, Ukraynadakı müharibənin bitəcəyini, amma sanksiyaların uzun müddət qalacağını da əlavə edib.

“Bəzi qüvvələr Belarusu Ukraynadakı müharibəyə cəlb etmək istəyir, amma Belarus öz qüvvəsi hesabına dövlət sərhədini toxunulmaz saxlayır”, - deyə o qeyd edib.

O, həmçinin Belarus qanunvericiliyinin qəbul olunan yeni Konstitusiyaya 2 il ərzində uyğunlaşdırılacağını əlavə edib.


Geri dön