Ana Sayfa > Karusel / Gündəm > Ukraynada avtomobil raket atəşinə tutulub, bir azərbaycanlı ölüb

Ukraynada avtomobil raket atəşinə tutulub, bir azərbaycanlı ölüb


4-03-2022, 14:05. Yazar: Admin

 

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu "Report"a açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.

O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir".

A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.


Geri dön