Ana Sayfa > Karusel / Qarabağ > Tərtərdə minalanmış ərazilərdə dəmir yığan şəxslər həbs olunub
Tərtərdə minalanmış ərazilərdə dəmir yığan şəxslər həbs olunub4-03-2022, 13:29. Yazar: Admin |
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mina və digər partlayıcı vasitələrlə çirkləndirilmiş əraziyə daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə nəzarət postlarından kənar yollarla rayonun Həsənqaya kəndi ərazisindəki minalarla çirkləndirilmiş əraziyə dəmir tullantıları toplamaq məqsədi ilə daxil olan 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Həsənqaya kənd sakinləri - Z.Həsənov, A.Həsənov, S.Həsənov və Y.Həsənli olduqları müəyyən edilib. Geri dön |