Ana Sayfa > Karusel / Gündəm > Separatçılar qondarma seçkiyə hazırlaşırlar

Separatçılar qondarma seçkiyə hazırlaşırlar


4-03-2022, 12:34. Yazar: Admin

Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərində məskunlaşmış erməni separatçı-terrorçuları qondarma seçkilərə hazırlaşırlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, 2023-cü ildə separatçıların başçısı postuna yeni “seçkilər” keçirilə bilər.

Qeyd edilir ki, Qarabağdakı erməni separatçı-terrorçuların hazırkı rəhbəri Arayik Arutyunyan yekun qərar qəbul edib: yenidən “namizədliyini” irəli sürməyəcək.

Separatçıların gələcək rəhbərinə gəlincə, qəzet yazır ki, əvvəlcə 2023-cü ilin əvvəlində “parlament seçkiləri”nin keçirilməsi, daha sonra isə yalnız “prezidentin” seçilməsi nəzərdə tutulur.

Namizədləri “parlamentdə” çoxluq təşkil edən siyasi qüvvələr, ilk növbədə, Arutyunyanın Azad Vətən və Daşnaksütyun partiyası irəli sürəcək. Qəzet yazır ki, namizədlər sülhməramlıları Qarabağda olan Rusiya tərəfi ilə razılaşdırılacaq.


Geri dön