Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkənin işğaldan azad olunmuş ərazilərində qazlaşma prosesinə hələ başlamayıb.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, hazırda bu proses daxili məsləhətləşmələr və müzakirələr mərhələsindədir: “Əgər bununla bağlı hər hansı qərar və göstəriş olarsa, “Azəriqaz” həmin icrasına başlaya biıər. Bu imklanlar mövcuddur”.
E. Vəliyev qeyd edib ki, ancaq hələlik bununla bağlı qərar verilməyib: “Qərar verildikdən sonra ilk olaraq Şuşa və Ağdamın qazpaylayıcı qaz xətlərinin çəkilməsinə başlanılacaq”.