Türkiyənin Tokat bölgəsində hərbçiləri daşıyan xidməti avtomobil aşıb.
Qarabaginfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 əsgər həlak olub, daha 3-ü isə yaralanıb.
İlkin məlumata görə, qəzaya səbəb yolun buzlu olması olub.