Ana Sayfa > Karusel / Hadisə > Suraxanıda yol qəzasında ağır xəsarət alan uşaq reanimasiyaya yerləşdirilib

Suraxanıda yol qəzasında ağır xəsarət alan uşaq reanimasiyaya yerləşdirilib


4-03-2022, 08:54. Yazar: Admin

Yolu keçmək istəyən uşağı maşın vurdu

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Quliyev Xəyal Röyal oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları və qarının küt travması diaqnozları qoyulub.

Azyaşlının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Geri dön