Ana Sayfa > Karusel / Dünya > ABŞ Ukraynaya kəşfiyyat məlumatları verməkdə davam edir
ABŞ Ukraynaya kəşfiyyat məlumatları verməkdə davam edir4-03-2022, 08:22. Yazar: Admin |
“Rəsmi Vaşinqton Ukrayna tərəfini kəşfiyyat məlumatları ilə təmin etməkdə davam edir və onun hərbi potensialını gücləndirməyə çalışır”. “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. “Biz Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməyə davam edirik. ABŞ-ın Kiyevi peyk şəkilləri ilə təmin etmək imkanlarına hava şəraiti mane olur. Vaşinqton Kiyevə yardım etməyə çalışır ki, Ukrayna özünü müdafiə etməyə davam edə bilsin”, - məlumatda deyilir. Məlumatda həmçinin deyilir ki, Ukrayna ərazisində amerikalı hərbçi yoxdur. Ağ Evin sözçüsü Cen Psaki təsdiqləyib ki, ABŞ real vaxt rejimində Rusiya qoşunları haqqında kəşfiyyat məlumatları Ukraynaya ötürür. Geri dön |