Ana Sayfa > Karusel / Dünya > Rusiya topladığı qoşunların artıq 90 faizini Ukraynaya göndərib

Rusiya topladığı qoşunların artıq 90 faizini Ukraynaya göndərib


4-03-2022, 08:00. Yazar: Admin

Putinin başlatdığı hərbi kampaniyanın son məqsədi – Kiyevi, hətta bütün Ukraynanı ələ keçirməkdir. Bunu Ağ Evin spikeri Cen Psaki Ağ Evdə keçirdiyi brifinqdə deyib, -  “Avropa həqiqəti” xəbər verir.

"Kiyevin ələ keçirilməsi Putinin niyyəti olaraq qalır", - Psaki vurğulayıb.

Bununla belə, ABŞ-ın məlumatına görə, Rusiyada Ukraynaya qarşı təcavüzə qoşula biləcək hərbçi və hərbi texnika ehtiyatı tükənir.

"Pentaqonun məlumatına görə, Ukrayna ətrafında toplanmış döyüş qüvvələrinin 90 faizi artıq sərhədi keçib. Onlar həmçinin 480-dən çox raket buraxıblar", - Psaki bildirib.

Lakin Ağ Ev qeyd edir ki, aqressiyanın zəifləməsi əlamətləri görünmür, əksinə, onun eskalasiyası müşahidə edilir.

“Yəni, onlar öz son məqsədlərinə – Kiyevin və hətta bütün Ukraynanın ələ keçirilməsinə nail olmağa çalışırlar”, – Ağ Evin sözçüsü bildirib.(Virtualaz.org)


Geri dön