Ana Sayfa > Karusel / Siyasət > Türkiyə XİN Ukraynada humanitar koridorun açılmasını alqışlayıb
Türkiyə XİN Ukraynada humanitar koridorun açılmasını alqışlayıb3-03-2022, 23:12. Yazar: Admin |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Tərəflər görüş zamanı Ukraynadakı cari vəziyyəti müzakirə ediblər. Çavuşoğlu tərəflərin mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizin yaradılmasına dair razılığa gəlməsindən Türkiyənin məmnun olduğunu vurğulayıb. O əlavə edib ki, dəhliz bir tərəfdən Türkiyə vətəndaşlarının təxliyyəsini təmin edəcək, digər tərəfdən humanitar yardımların çatdırılmasını asanlaşdıracaq. Geri dön |