Ana Sayfa > Karusel / Gündəm > Ukraynalı futbolçu ölkəsi üçün tank almaq istəyir

Ukraynalı futbolçu ölkəsi üçün tank almaq istəyir


3-03-2022, 22:58. Yazar: Admin

Ukraynalı futbolçu ölkəsi üçün tank almaq istəyir

Macarıstanın "Fehervar" klubunda çıxış edən ukraynalı futbolçu İvan Petryak Rusiya ilə müharibə şəraitində olan ölkəsi üçün tank almaq istəyir.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə jurnalist Vladimir Zveryev şəxsi tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, 28 yaşlı yarımmüdafiəçi Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika almağa hazırdır: "Amma bunu necə edəcəyini bilmir. O, ordu üçün dəbilqə və zirehli gödəkçələrin alınmasına da kömək edir. Petryakın Budapeşt yaxınlığında 65 kvadratmetrlik kiçik evi var. Futbolçu ölkəni tərk etmək məcburiyyətində qalan 8 məcburi köçkünü də qəbul edib".

Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə fevralın 24-də başlayıb.


Geri dön