Ana Sayfa > Karusel / Siyasət > Rusiya NATO-nun təlimlərinə müşahidəçi göndərməkdən imtina edib
Rusiya NATO-nun təlimlərinə müşahidəçi göndərməkdən imtina edib3-03-2022, 22:42. Yazar: Admin |
Rusiya NATO-nun Norveçdə keçiriləcək təlimlərinə müşahidəçi göndərməkdən imtina edib. Qarabaginfo.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Norveçin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin sözçüsü bildirib ki, Rusiya tərəfi müraciəti nəzakətli şəkildə rədd edib. İmtinanın səbəbi izah edilməyib. Qeyd edək ki, NATO-nun “Cold Response 2022” təlimləri martın ortalarından başlayaraq aprelədək davam edəcək. Norveçdə keçiriləcək təlimlərdə 27 ölkədən 30 000 hərbçinin iştirakı nəzərdə tutulub. Manevrləri hər il NATO-ya üzv olmayan ölkələrdən və ATƏT-dən yüzlərlə müşahidəçi izləyir. Rusiya indiyədək bu təlimlərə müşahidəçi göndərməkdən imtina etməyib. Geri dön |