Ana Sayfa > Karusel / Gündəm > Peqov təsadüfən Ukraynadakı erməni döyüşçüləri ifşa etdi

Peqov təsadüfən Ukraynadakı erməni döyüşçüləri ifşa etdi


3-03-2022, 21:00. Yazar: Admin

Peqov təsadüfən Ukraynadakı erməni döyüşçüləri ifşa etdi - Video

Hərbi münaqişələr, o cümlədən də 44 günlük Vətən Müharibəsi zamanı öz yalan xəbərləri ilə məşhurlaşan, “War Gonzo” layihəsinin əsas siması olan rusiyalı Semyon Peqov indi də “fəaliyyətini” Ukraynada davam etdirir.

Öz qeyri-peşəkarlığı ilə ad çıxaran Peqov “şöhrətinin” əsassız olmadığını bir daha sübut edib.

Belə ki, onun Mariupol şəhəri yaxınlığında hazırladığı və sosil şəbəkələrdə yayılan reportajında erməni silahlıları görünüb.

Peqovla söhbətləşən yaraqlıların geyimi üzərindəki Ermənistan bayrağı da diqqətdən yayınmayıb.


Geri dön