Ana Sayfa > Karusel / Gündəm > Rubl nisbətən möhkəmlənib
Rubl nisbətən möhkəmlənib3-03-2022, 20:57. Yazar: Admin |
Rusiya rublu ABŞ dolları və avro qarşısında qismən möhkəmlənib. Qarabaginfo.az Moskva birjasının məlumatlarına istinadən xəbər verir ki, valyuta alqı-satqısı zamanı rubl dollar və avroya nisbətən 5 rubl möhkəmlənərək müvafiq olaraq 110,3 və 119,95 rubl təşkil edib.
Birjanın məlumatına görə, Moskva vaxtı ilə saat 17:27-də dolların məzənnəsi 115,67 rubl (+9,1%) səviyyəsində olub. Avronun məzənnəsi 8,35% artaraq 125,04 rubl təşkil edib. Moskva vaxtı ilə saat 17:59-a olan məlumata görə, dolların məzənnəsi 0,93% azalaraq 107 rubla, avronun məzənnəsi 118,03 rubla (+2,29%) düşüb. Geri dön |