Ana Sayfa > Karusel / Gündəm > Bu gün 500-dən artıq Azərbaycan vətəndaşı Xarkovdan təxliyə edilib

Bu gün 500-dən artıq Azərbaycan vətəndaşı Xarkovdan təxliyə edilib


3-03-2022, 20:51. Yazar: Admin

Bu gün 500-dən artıq Azərbaycan vətəndaşı Xarkovdan təxliyə edilib

Ukraynanın Xarkov şəhərində vəziyyət gərgin olaraq qalır.

Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan Qarabaginfo.az-a verilən xəbərə görə, ötən gün Xarkov şəhərinə atılan raketlərdən biri konsulluq binasına yaxın əraziyə düşüb. Partlayışın zərbəsindən konsulluq binasının şüşələrinə zərər dəyib. Buna baxmayaraq, konsulluq 24 saatlıq iş rejimində fəaliyyətini davam etdirir. Konsulluq fəaliyyətini ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatı əsasında həyata keçirir.

Xarkov şəhərində yaşayan həmvətənlərimizin evakuasiyası prosessi Xarkov vilayət adminstrasiyası və dəmiryolu idarəsi ilə koordinasiyalı şəkildə davam etdirilir. Gün ərzində 500-dən artıq həmvətənimiz təhlükəsiz bölgələrə evakuasiya edilib.


Geri dön