Ana Sayfa > Karusel / Siyasət > Ukraynadan təxliyə olunan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür edib

Ukraynadan təxliyə olunan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür edib


3-03-2022, 20:07. Yazar: Admin

Ukraynadan təxliyə olunan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür edib

Biz heç cür Kiyevdən çıxa bilmirdik, Azərbaycan Prezidentinin uğurlu səyləri nəticəsində bu gün sağ-salamat ölkəyə qayıtdıq.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri bu gün Ukraynadan ölkəyə təxliyə olunan Aynurə Abbasova deyib.

A.Abbasovanın sözlərinə görə Ukrayna xalqı bütün yaşananlara baxmayaraq yüksək əhval-ruhiyyədədir:

"Həyat yoldaşım və dörd övladımla birgə 24 ildir ki, Kiyev şəhərində yaşayırdıq. Həyat yoldaşım Ukrayna vətəndaşı olduğu üçün orda qaldı. Fevralın 24-dən Kiyevə hücum başlayıb. İki gün zirzəmilərdə qaldıq. Allah Ukrayna Prezidenti və xalqını qorusun."

Həmvətənimiz isti münasibətə və rahat təxliyəyə görə Azərbaycanın Moldovakı səfirliyinə də təşəkkür edib. (apa.az)


Geri dön