Ana Sayfa > Karusel / Siyasət > Maya Sandu Azərbaycan Prezidentinə zəng edib
Maya Sandu Azərbaycan Prezidentinə zəng edib3-03-2022, 19:51. Yazar: Admin |
Martın 3-də Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Geri dön |