Ana Sayfa > Karusel / Gündəm > Məhkəmə Göyçayda qız qaçıran ata və oğul barədə qərar çıxarıb

Məhkəmə Göyçayda qız qaçıran ata və oğul barədə qərar çıxarıb


3-03-2022, 18:55. Yazar: Admin

Məhkəmə Göyçayda qız qaçıran ata və oğul barədə qərar çıxarıb

Göyçayda 21 yaşlı qızı zorla qaçıran ata və oğlu məhkəmə qarşısına çıxarılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Göyçay Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Qərara əsasən, Ə.M. barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.M.-in atası A.M.-ə isə ev dustaqlığı verilib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.


Geri dön