Ana Sayfa > Karusel / Gündəm > Yüksək Liqa: "Murov" və "Ekspress" qələbə qazanıb
Yüksək Liqa: "Murov" və "Ekspress" qələbə qazanıb3-03-2022, 18:09. Yazar: Admin |
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin növbəti turun oyunları keçirilib. Qarabaginfo.az-ın məlumatına görə, IX tura təsadüf edən hər iki matçda meydan sahibləri qalib gəlib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılan görüşlərdə "Murov" MOİK-i, "Ekspress" isə "Sərhədçi"ni darmadağın edib - 3:0. Bu nəticələrdən sonra xallarını 17-yə çatdıran "Murov" liderliyini qoruyub. 16 xalı olan "Neftçi" ikinci, 15 xalı olan MOİK üçüncüdür. "Ekspress" 6 xalla 4-cü sırada qərarlaşıb. Xalı olmayan "Sərhədçi" isə sonuncudur. Geri dön |