Ana Sayfa > Karusel / Region > Putin Ukraynadakı humanitar problemin həlli üçün əməkdaşlığa hazırdır

Putin Ukraynadakı humanitar problemin həlli üçün əməkdaşlığa hazırdır


3-03-2022, 17:49. Yazar: Admin

Putin Ukraynadakı humanitar problemin həlli üçün əməkdaşlığa hazırdır - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronu əcnəbi vətəndaşların Ukraynadan təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin Putin-Makron telefon danışığı barədə yaydığı məlumatda bildirilib.

“Vladimir Putin Fransa Prezidentini əcnəbi vətəndaşların Ukrayna ərazisindən təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb. O, xüsusilə Xarkovda Ukrayna güclərinin girovluğunda olan böyük bir hindistanlı tələbə qrupunu xatırladıb. Emmanuel Makron Kiyev rəhbərliyi ilə müvafiq iş aparacağına söz verib”, - məlumatda qeyd olunub.

O da bildirilib ki, Vladimir Putin Rusiya Federasiyasının Ukraynadakı humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu təsdiqləyib.


Geri dön