Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Zəngəzur dəhlizində dəmir yolunun bərpası üçün geodeziya işlərinə başlayıb

Ermənistan Zəngəzur dəhlizində dəmir yolunun bərpası üçün geodeziya işlərinə başlayıb


3-03-2022, 13:26. Yazar: Admin

 

Ermənistan Zəngəzur dəhlizində dəmir yolunun bərpası üçün geodeziya işlərinə başlayıb

Zəngəzur dəhlizi adı ilə tanınan Yerasx – Culfa – Ordubad – Meğri – Horadiz dəmir yolunun bərpasına Ermənistan ərazisində hazırlıqla bağlı səhra geodeziya işləri başlayır.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin ərazi inzibatçılığı və infrastruktur naziri Qnel Sanosyan bildirib.

“Layihənin texniki planını tərtib etmək üçün Meğri və Yerasx arasında 43 kilometrlik sahədə ilkin işləri görməyi təklif edirik. Burada yer ölçmə işləri nəzərdə tutulur”- nazir deyib. 


Geri dön