Ukrayna yaxın günlərdə Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd ölkə ola bilər.
Qarabaginfo.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin mavini Marçin Pşıdaç deyib.
“Ukrayna sabah, birigün, gələn həftə Aİ-yə üzvlüyə namizəd ölkə ola bilər. Bu siyasi qərar məsələsidir”, - deyə nazir müavini bildirib.
Pşıdaç əlavə edib ki, artıq 10 Aİ ölkəsi bu addımı dəstəkləyib.
Qeyd edək ki, fevralın 28-də Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Aİ-yə üzvlüyünə dair müraciəti imzalayıb.
Eyni gün Aİ rəsmiləri Ukraynanın müraciətinin nəzərdən keçirilməsi prosesinə başlayıblar.
Avropa Parlamenti də Aİ-ni Ukraynaya namizəd statusu verməyə çağırıb.