Ana Sayfa > Karusel / Gündəm > Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb3-03-2022, 13:06. Yazar: Admin |
Bakıda və Abşeron yarımadasında martın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Geri dön |