Ana Sayfa > Karusel > Almaniya Ukraynaya 2 700 "Strela" tədarük edəcək

Almaniya Ukraynaya 2 700 "Strela" tədarük edəcək


3-03-2022, 13:04. Yazar: Admin

Almanlar Ukraynaya qarşı çıxdılar

Almaniya hakimiyyəti Ukraynaya 2 700 “Strela” zenit-raket qurğusu tədarük etməyi planlaşdırır.

Qarabaginfo.az DPA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlimi Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, nazirlik keçmiş Almaniya Demokratik Respublikası ordusunun ehtiyatındakı sovet istehsalı olan 2 700 “Strela”nın Ukraynaya tədarük olunması ilə bağlı qərar qəbul edib.

Bildirilib ki, Almaniyanın Müdafiə Nazirliyi Ukraynaya əlavə olaraq silah tədarükü ilə bağlı imkanları araşdırır.

Vurğulanıb ki, Almaniya hökuməti Ukraynaya silah verilməsi ilə bağlı qərarı fevralın 26-də qəbul edib.

Berlinin rəsmi Kiyevə minlərlə tank əleyhinə və 500 “Stinger” raketi verdiyinə dair də məlumat yayılmışdı.


Geri dön