Ana Sayfa > Karusel / Region > Aİ Ukraynaya 600 milyon avro məbləğində yardım göndərəcək

Aİ Ukraynaya 600 milyon avro məbləğində yardım göndərəcək


3-03-2022, 06:44. Yazar: Admin

Aİ Ukraynaya 600 milyon avro məbləğində yardım göndərəcək

Martın 15-dək Avropa İttifaqı (Aİ) Ukraynaya 600 milyon avro məbləğində yardım göndərəcək.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat, Maliyyə və Yenidənqurma naziri Bruno Le Maire Avropa İttifaqının iqtisadi departament rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra bildirib.

“Biz əlavə olaraq Ukraynaya 1,2 milyard avro məbləğində yardım göstəririk ki, bunun da 600 milyon avrosu martın 15-dək göndəriləcək”, - Le Maire qeyd edib.


Geri dön