Ana Sayfa > Karusel / Gündəm > Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək
Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək2-03-2022, 23:56. Yazar: Admin |
2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub. UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5 - 6 noyabrda gerçəkləşəcək. 2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub. Geri dön |