Ana Sayfa > Karusel / Siyasət > ABŞ Rusiyanın müdafiə sektoruna qarşı sanksiyalar tətbiq edir
ABŞ Rusiyanın müdafiə sektoruna qarşı sanksiyalar tətbiq edir2-03-2022, 23:53. Yazar: Admin |
ABŞ Rusiyanın müdafiə sektoruna sanksiyalar tətbiq edir. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, məhdudiyyətlər 22 təşkilata təsir edəcək.
Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir ki, silahların hazırlanması və istehsalı ilə məşğul olan Rusiya şirkətləri əhəmiyyətli dərəcədə ziyana məruz qalacaq. Bundan başqa, ABŞ Rusiya və Belarus silahlı qüvvələrini dəstəkləyən təşkilatlara qarşı əlavə sanksiyalar tətbiq edəcək. Bəyanatda deyilir ki, Moskva hadisələri gərginləşdirməyə davam etdikcə ABŞ və müttəfiqləri Ukraynadakı vəziyyətlə bağlı Rusiya üçün sanksiyaları davam etdirəcək. Geri dön |