Ana Sayfa > Karusel / Siyasət > Borrel Avropa İttifaqı Şurasının iclasını çağırıb
Borrel Avropa İttifaqı Şurasının iclasını çağırıb2-03-2022, 22:39. Yazar: Admin |
Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Aİ Şurasının iclasını çağırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi tviterdə məlumat yayıb. İclasın Ukrayna diplomatiyasının rəhbəri Dmitri Kuleba və digər transatlantik tərəfdaşların iştirakı ilə xarici işlər nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulur. Toplantı martın 4-ə planlaşdırılır. Fövqəladə iclasa ABŞ dövlət katibi Entoni Blinken və NATO baş katibi Yens Stoltenberq də dəvət alıb. Ali nümayəndə əlavə edib ki, Aİ və transatlantik tərəfdaşlar Rusiyanın Ukraynaya təcavüzünə qarşı həmrəydirlər. Geri dön |