Ana Sayfa > Karusel / Siyasət > BMT Baş katibi: "Ukraynada hərbi əməliyyatlara son verin, silahları susdurun"
BMT Baş katibi: "Ukraynada hərbi əməliyyatlara son verin, silahları susdurun"2-03-2022, 22:09. Yazar: Admin |
“BMT Baş Assambleyası danışdı, mesaj yüksək və aydındır: İndi Ukraynada hərbi əməliyyatlara son verin. İndi silahları susdurun. İndi dialoq və diplomatiya üçün qapını açın”. Qarabaginfo.az xəbər verir ki, bunları BMT Baş katibi Antoniu Quttereş özünün hesabında yazıb. Qeyd edək ki, BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib. BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb. Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur. Geri dön |