Ana Sayfa > Karusel / Siyasət > Blinken və Kuleba arasında telefon danışığı olub

Blinken və Kuleba arasında telefon danışığı olub


2-03-2022, 20:16. Yazar: Admin

Dmitri Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

"Blinkenlə Rusiya Ukraynaya qarşı müharibəsini dayandırana və qüvvələrini çıxarana qədər bu ölkəyə qarşı əlavə sanksiyalarla bağlı telefon danışığımız oldu. Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün əlaqələndirilmiş səylər barədə də danışdıq. Mən Ukraynanın, xüsusən də Hərbi Hava Qüvvələrimizin əlavə silah tədarükünə ehtiyacını vurğuladım", - nazir bildirib.


Geri dön