Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə tibbi maska taxmaq qərarı ləğv olunub

Türkiyədə tibbi maska taxmaq qərarı ləğv olunub


2-03-2022, 19:52. Yazar: Admin

Türkiyə

Türkiyə artıq açıq havada və kifayət qədər havalandırılan qapalı ərazilərdə maska taxmaq qaydası aradan qaldırılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

O qeyd edib ki, dövlət və digər qurumların girişində 'HES Kodu' göstərmək tələbi də aradan qaldırıldı. Bundan əlavə xəstəlik əlaməti olmayan şəxslərdən test tələb olunmayacaq.


Geri dön