Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb, binaya ziyan dəyib

Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb, binaya ziyan dəyib


2-03-2022, 19:50. Yazar: Admin

Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb, binaya ziyan dəyib

“Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının yaxınlığına, 200 metr məsafədə qanadlı raket düşüb”.

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

O qeyd edib ki, bunun nəticəsində yaxınlıqdakı binaların, o cümlədən konsulluğun iki pəncərəsinin şüşələri sınıb: “Bütün təhlükələrə baxmayaraq, Fəxri konsulluq fəaliyyətini davam etdirir. Hazırda Fəxri konsulluqda mən və konsulluğun 3 əməkdaşı var. Biz Azərbaycan vətəndaşlarının müraciətini qəbul edirik və onların təxliyəsinə yardım etməyə çalışırıq”.


Geri dön