Ana Sayfa > Karusel / Region > Ermənistan Antalya Diplomatiya Forumunda iştirakla bağlı qərar verməyib
Ermənistan Antalya Diplomatiya Forumunda iştirakla bağlı qərar verməyib2-03-2022, 17:58. Yazar: Admin |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçiriləcək diplomatik forumda erməni tərəfinin iştirakı ilə bağlı hələlik hər hansı qərarın olmadığını bildirib. Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbərinə görə, XİN başçısı bu barədə parlamentdə hökumət saatında deyib. “Dünyada hadisələr çox sürətlə inkişaf edir. Dünya hər gün, hər saniyə dəyişir”, - o qeyd edib. Ararat Mirzoyan vurğulayıb ki, forumun tarixi yaxınlaşan kimi Ermənistan tərəfi qərar verəcək. Qeyd edək ki, Antalya Diplomatiya Forumu 11-13 mart tarixlərində keçiriləcək. Xatırladaq ki, Türkiyə Ararat Mirzoyanı və xüsusi nümayəndə Ruben Rubinyanı Antalya Diplomatiya Forumuna dəvət edib.(Apa) Geri dön |