Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 865 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycanda son sutkada 865 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib2-03-2022, 17:55. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2044 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 787 367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib, aktiv xəstə sayı 8 167 nəfərdir. Ölkədə son sutka ərzində 8 487, hazırkı dövrədək isə 6 572 316 test aparılıb. Geri dön |