Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Rusiya Ankaranın tələbi ilə gəmilərini göndərməyib”
Ana Sayfa > Karusel / Siyasət > “Rusiya Ankaranın tələbi ilə gəmilərini göndərməyib”

“Rusiya Ankaranın tələbi ilə gəmilərini göndərməyib”


2-03-2022, 16:58. Yazar: Admin

“Rusiya Ankaranın tələbi ilə gəmilərini göndərməyib”

“Moskva Ankaranın tələbi ilə dörd hərbi gəmisini Türkiyə suları vasitəsilə Qara dənizə göndərməklə bağlı ərizəsini ləğv edib”.

Qarabaginfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiyaya müraciət edərək öz gəmilərini göndərməməyi istəyib:

“Rusiya bildirdi ki, onun 4 gəmisi fevralın 27-28-i boğazlardan keçəcək. Onlardan üçü Qara dəniz bazasında qeydiyyata alınmayıb. Rusiyaya bu gəmiləri göndərməməyi dedik, Rusiya isə gəmilərin boğazı keçməyəcəyini dedi. Bu, heç kimi təhqir etməməlidir, çünki Montrö Konvensiyası bu gün fəaliyyət göstərir, dünən də fəaliyyət göstərib, sabah da edəcək. Buna görə də, biz onu həyata keçirəcəyik”.


Geri dön