Ana Sayfa > Karusel / Region > Zelenskinin ofisi Rusiya-Ukrayna danışıqlarını təsdiqləyib

Zelenskinin ofisi Rusiya-Ukrayna danışıqlarını təsdiqləyib


2-03-2022, 15:51. Yazar: Admin

Zelenskinin ofisi Rusiya-Ukrayna danışıqlarını təsdiqləyib

Ukrayna Prezidentinin ofisi Rusiya-Ukrayna danışıqlarının bu axşam keçiriləcəyini təsdiqləyib.

Qarabaginfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.

O, Ukrayna nümayən heyətinin tərkibində dəyişiklik olmadığını əlavə edib.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə rəsmi Kiyevin danışıqlara hazır olduğunu lakin Rusiya tərəfinin irəli sürəcəyi ultimatumları qəbul etməyəcəyini deyib.

“Rusların tələbləri dəyişmək qalır. Bu Putinin müharibədən öncə müraciəti zamanı səsləndirdiyi tələblərdir. Biz danışıqlara hazırıq, diplomatiyaya hazırıq, amma heç bir halda Rusiya ultimatumlarını qəbul etməyəcəyik”.


Geri dön