Ana Sayfa > Karusel / Siyasət > Leyla Abdullayeva: "4 minədək Azərbaycan vətəndaşı Ukraynanı tərk edib"
Leyla Abdullayeva: "4 minədək Azərbaycan vətəndaşı Ukraynanı tərk edib"2-03-2022, 15:37. Yazar: Admin |
"Ukraynada olan 4 minədək Azərbaycan vətəndaşı bu ölkəni tərk edib". Qarabaginfo.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə bildirib. Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına evdə, yaxud təhlükəsiz yerlərdə qalmaq, vacib səbəb olmadan yola çıxmamaq tövsiyə olunur. Ciddi təhlükəyə məruz qalan vətəndaşlarımız Ukraynanı Moldova, Polşa, Slovakiya, Macarıstan, Rumıniya istiqamətlərindən tərk edə bilərlər. Geri dön |