Ana Sayfa > Karusel / Region > Lavrov: “Co Bayden təcrübəli insandır“
Lavrov: “Co Bayden təcrübəli insandır“2-03-2022, 14:35. Yazar: Admin |
![]() "Xüsusi hərbi əməliyyat məhz Kiyevin tərksilahına yönəlib". Qarabaginfo.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib. O, Ukrayna ilə danışıqların ikinci raundundan danışıb: "Moskva Ukrayna ilə danışıqların ikinci raunduna hazırdır, lakin Kiyev ABŞ-ın istəyi ilə prosesi gecikdirir. Anti-Rusiya sanksiyalarına gəldikdə isə biz buna hazır idik, lakin idmançılara, jurnalistlərə, mədəniyyət sektorunun nümayəndələrinə qarşı sanksiyaların tətbiq olunacağını gözləmirdik". Lavrov Üçüncü Dünya müharibəsi nüvə və dağıdıcı dava olacağını deyib: "ABŞ prezidenti Co Bayden təcrübəli insandır və əvvəllər demişdi ki, müharibənin yeganə alternativi sanksiyalardır". Geri dön |