Ana Sayfa > Karusel / Siyasət > Ermənistan prezidentliyinə namizəd əsirlərdən danışdı

Ermənistan prezidentliyinə namizəd əsirlərdən danışdı


2-03-2022, 12:56. Yazar: Admin

Ermənistan prezidentliyinə namizəd Vahan Xaçatryan erməni hərbi əsirlərin qaytarılmasına necə töhfə verə biləcəyindən danışıb.

Qarabaginfo.az xəbər verir ki, bu gün Ermənistan parlamentində çıxış edən prezidentliyə yeganə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryan bildirib ki, ölkə başçısı Azərbaycandakə erməni əsirlərin geri qaytarılması məsələsində çox iş görməlidir.

"Bilirəm ki, əsir və itkin düşmüş şəxslərin qaytarılması məsələsi hər gün hökumətin diqqət mərkəzindədir. Prezidentin də görəcəyi çox şey var. Onun da bu gün atılan addımlardan əlavə səyləri olmalıdır", - Xaçatryan bildirib.

Namizədin sözlərinə görə, prezident institutu təmsilçidir və dövlət başçısı ondan beynəlxalq platformalarda istifadə edə bilər. Ayrı-ayrı dövlətlərin rəhbərləri ilə görüşlərdə prezident də bu məsələni qaldırmalıdır.

“Əgər prezident, hökumət, parlament bu istiqamətdə işləsə, nəticə verəcək”, - Xaçaturyan bildirib.

Xatırladaq ki, sabah keçiriləcək seçkilərin birinci turunda prezident seçilmək üçün Xaçatryana 81 səs lazımdır. Lakin onun namizədliyini irəli sürmüş hakim partiya parlamentdə 71 səsə malikdir.  Konstitusiyaya əsasən, prezident ikinci turda 65 səslə seçilə bilər.


Geri dön