Ana Sayfa > Karusel / Gündəm > Sabah 18 dərəcə isti olacaq

Sabah 18 dərəcə isti olacaq


2-03-2022, 12:50. Yazar: Admin

Sabah 18 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.


Geri dön