Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukraynaya yeni "Bayraktar TB2" PUA-ları təhvil verilib
Ana Sayfa > Karusel / Gündəm > Ukraynaya yeni "Bayraktar TB2" PUA-ları təhvil verilib

Ukraynaya yeni "Bayraktar TB2" PUA-ları təhvil verilib


2-03-2022, 11:36. Yazar: Admin

 

2021/12/20210-1640427464.jpg

 

Ukraynaya yeni "Bayraktar TB2" Pilotsuz Uçuş Aparatları (PUA) təhvil verilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbukda yazıb.

“Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə uzun söhbətim oldu. Hətta təcrübəli amerikalı hərbçilər belə müdafiəçilərimizin peşəkarlığından və xalqımızın əzmkarlığından məmnundurlar. Aldığımız yardımların sayı artır. Bu yardımı edən ölkələrin sayı da artır. Hətta onun üçün qeyri-mümkün hesab edilənlər də kampaniyaya qoşulur.

Artıq Ukraynaya yeni "Bayraktarlar" gəlib. Avropa bizə lazım olan müdafiəni təmin edir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən bu gün ölkəmizi qoruyan hər kəslə fəxr edirəm”, - nazir bildirib.

Geri dön