Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatda ölkə tərkibində olan İnquşetiya Respublikasından da hərbçilər iştirak edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatov öz rəsmi instaqram hesabında paylaşıb.
Onun sözlərinə görə, İnquşetiya digər regionlar kimi sözügedən əməliyyatda ilk hərbi itkilərini verib.
Kalimatov bildirib ki, ölən hərbçilərin ailələrinə maddi yardım göstəriləcək.