Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 6 100 min barel azalaraq təxminən 409 923 mln. barel təşkil edib.
Qarabaginfo.az Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 796 min barel artacağını proqnozlaşdırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.(Apa)