Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar Türkiyədə videokonfrans keçirilib.
Qarabaginfo.az xəbər verir ki, bürosuna Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, videokonfrans Uşak Universiteti tərəfindən rəşkil olunub.
Qeyd olunub ki, Azərbaycan səfirinin də qatıldığı tədbirdə rektorlar, hüquqşünaslar, diplomatlar və başqaları iştirak edib.
Səfir Rəşad Məmmədov çıxışı zamanı Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş və görüləcək işlər haqqında məlumat verib.