Ana Sayfa > Karusel / Gündəm > Müharibəyə görə Ukraynaya qayıdanların sayı açıqlandı
Müharibəyə görə Ukraynaya qayıdanların sayı açıqlandı2-03-2022, 01:23. Yazar: Admin |
24 fevraldan sonra xaricdən Ukraynaya 80 min nəfər qayıdıb. Onların əksəriyyəti kişilərdir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Xaricdə işləyən və ya müvəqqəti yaşayan Ukrayna vətəndaşları onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün öz vətənlərinə qayıdırlar. Onlar Silahlı Qüvvələrin, digər hərbi birləşmələrin və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulurlar", - məlumatda deyilir. Geri dön |