Ana Sayfa > Karusel / Gündəm > ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb
ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb2-03-2022, 01:04. Yazar: Admin |
Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşı Rusiya ilə davam edən müharibədə həlak olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində bildirib. "ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır", - deputat yazıb. Bununla yanaşı, deputat hadisənin harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb. Geri dön |